İqtisadiyyatın dövlət tənzimlənməsi

From ..::Banker.az::..
Jump to: navigation, search

İqtisadiyyatın dövlət tənzimlənməsi (state regulation of economy) – bazar mexanizminin normal fəaliyyət göstərməsi, iqtisadi və sosial problemlərin həlli məqsədilə dövlətin təsərrüfat subyektləri fəaliyyətinə və bazar konyunkturuna təsirinin forma və metodlarının cəmi. İqtisadiyyatın dövlət tənzimlənməsinin 2 əsas forması mövcuddur: birbaşa – dövlət mülkiyyətinin genişlənməsi, qanunvericilik və idarəçilik vasitəsilə və dolayı – iqtisadi siyasət tədbirləri əsasında: investisiyaların stimullaşdırılması, məşğulluğun təmin olunması, antiinflyasiya tədbirləri, ixrac və idxalın stimullaşdırılması.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı