İstehsal xərcləri

From ..::Banker.az::..
Jump to: navigation, search

İstehsal xərcləri- məhsul /iş, xidmət/ hazırlanmasına çəkilən canlı və maddiləşmiş əmək məsrəflərinin məcmusudur. Əmtəə-pul münasibətləri şəraitində dəyər formasında çıxış edir. İjtimai istehsal xərcləri və müəssisənin əmtəə istehsalına çəkdiyi pul məsrəfləri fərqləndirilir. İjtimai istehsal xərclərinə istehlak edilmiş istehsal vasitələrinin keçirilmiş dəyəri və bütün yeni yaradılmış dəyər daxildir. Bu xərclər əmtəə dəyərinə bərabərdir və əmtəənin qiymətini müəyyənləşdirərkən nəzərə alınır. Müəssisənin əmtəə istehsalına çəkdiyi pul məsrəfləri əmtəənin dəyərindən azdır. Bu xərclər məhsulun maya dəyəri kimi çıxış edir; maya dəyərinə isə istehlak edilmiş maddi ehtiyatlara və işçilərin əməyinin ödənilməsinə çəkilən xərclər daxil edilir. İstehsal xərclərinin birbaşa, dolayı, şərti-dəyişən, şərti-daimi, əsas, əlavə, sadə, kompleks, son hədd növlərini fərqləndirirlər



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com