Əhalinin əmanətləri

From ..::Banker.az::..
Jump to: navigation, search

Əhalinin əmanətləri (population’s deposits) – əhalinin əmanət və kommersiya banklarındakı əmanətlərinin artımını, istiqraz vərəqələrinin və digər qiymətli kağızların alınmasını, habelə əhalidə olan nağd pul qalığının dəyişməsini (artmasını və ya azalmasını) özündə əks etdirir. Onlar əhalinin pul gəlirləri ilə pul xərcləri arasındakı fərqlə müəyyənləşdirilir. Buna görə də bu göstəricinin mahiyyəti milli hesablar sisteminin oxşar kateqoriyasından fərqlənir. Əhalinin əmanətlər şəklində banklara cəlb edilən vəsaiti müəyyən vaxt ərzində banklara daxil olmuş vəsaitin məbləğini göstərir. Əhalinin banklardakı əmanətlərinin qalıqları isə müəyyən tarixə olan vəziyyətə görə əmanət və digər banklarda əhalinin əmanətlərinin qalıqlarıdır.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı