Əmək haqqı layihəsi

From ..::Banker.az::..
Jump to: navigation, search

Əmək haqqı layihəsi kredit təşkilatları tərəfindən hüquqi şəxslərə təklif olunan xidmətdir. Onun çərçivəsində əməkdaşların plastik kartlarına pulun köçürülməsi (əmək haqqının) həyata keçirilir. Belə banklar şirkətə və onun işçilərinə partnyorluq çərçivəsində digər xidmətlər də göstərə bilər.

Təşkilatlarda əmək haqqı layihəsinin üstünlüyü: mühasibatlığın funksiyalarının azaldılmasından, personala əmək haqqının verilməsinin sadələşməsindən, əmək haqqının ödənildiyi gün vaxt itirilməsinin azaldılmasından ibarətdir. Əmək haqqı layihəsi əməkdaşlara ödənilmənin məxfiliyini təmin edir, nağd pulu asan almaq, beynəlxalq Visa və Master Card ödəmə sistemlərinin aksiyalarında iştirak etmək imkanı verir.