Açıq faktorinq

From ..::Banker.az::..
Jump to: navigation, search

Open factoring - Faktorinq əməliyyatının xüsusi forması. Bu zaman kreditor tərəf faktor-banka, yaxud faktor-firmaya borc sənədləri haqqında məlumat təqdim etdikdən sonra ikinci tərəf borc məbləğinin 80%ni ona kredit formasında ödəyir. Kreditor tərəf borcalan tərəfdən bütün borc məbləğinin ödənişini əldə etdikdən sonra (adətən 60 gün ərzində) faktor-subyektdən əldə etdiyi məbləği və ona hesablanmış faiz məbləğini qaytarır. Borclu tərəf borc məbləğini kreditora ödəmək imkanına malik olmadıqda kreditor bütün borc sənədlərini faktor-subyektə təqdim edir və bundan sonra borc öhdəliyinin tələb edilməsi hüququ sonuncuya keçir.





Yerli İqtisadi İnkişaf Mərkəzi