Abandon (imtina etmək)

From ..::Banker.az::..
Jump to: navigation, search

Abandon (abandonment)

1) Fiziki və ya hüquqi şəxsin müəyyən hüquq, iddia və tələblərindən (o cümlədən sahiblik və mülkiyyət hüquqları ilə əlaqədar) imtina etməsi:

2) Müxtəlif iqtisadi münasibətlər də tərəflərdən birinin digər tərəfdən üzərinə düşən öhdəlikləri yerinə yetirməsini tələb etməkdən birtərəfli qaydada imtina etməsi;

3) Tərəf-müqabillərdən birinin hər hansı sövdələşmədən, müəyyən olunmuş cərimə və ya mükafat məbləğini ödəyərək, çıxması;

4) Mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənədin istifadə müddətinin başa çatması və ya qüvvədən düşməsi;

5) Sığorta olunanın sığorta olunmuş əmlak üzərində malik olduğu hüquqlarından sığortaçının xeyrinə imtina etməsi. Bu zaman sığorta olunan tam sığorta məbləğini əldə etmiş olur. Adətən, bu halda müvafiq ərizə birtərəfli qaydada imtinaya görə əsasın yaranmasından sonrakı 6 ay ərzində təqdim olunmalıdır. Bundan sonra sığortalanmış əmlakın bütün hüquqları sığortaçıya keçir;

6) Borc münasibətlərində borc verən tərəfin təqdim etdiyi borcdan borc alanın xeyrinə qismən və ya tam imtina etməsi.