Bank zəmanəti

From ..::Banker.az::..
Jump to: navigation, search

Bank guarantee - 1) Kreditor qarşısında borclunun pul öhdəliklərinin yerinə yetirilməsi üzrə bank zəmanətidir. Bu o deməkdir ki, əgər müştəri göstərilən müddətdə borcunu ödəyə bilməsə, bank bu öhdəliyi öz üzərinə götürərək ödəməni öz hesabına icra edəcəkdir;2) Bankın belə öhdəlik götürməsini təsdiq edən sənəd. Bank zəmanəti zamin tərəfindən geri çağırıla bilməz. Bank zəmanəti təkcə ölkə daxilində hesablaşma və kredit əməliyyatlarının aparılması zamanı yox, həm də beynəlxalq he sablaşmalar və kreditləşmələr zamanı da tətbiq olunur. Bu cür zəmanətlər ya bankın zəmanət məktubu formasında, ya da vekseldə onun yazısı (aval) formasında tərtib oluna bilər.



Yerli Iqtisadi Inkisaf Mərkəzi