Bazar sektoru

From ..::Banker.az::..
Jump to: navigation, search

Market sector - Bazarda müəyyən parametrlərinin ümumiliyi ilə səciyyələnən və rəqabət aparan əmtəə, xidmət və qiymətli kağızlar toplusu. Əmtəə və xidmətlər bazarında bazar sektoru terminindən bir-birləri ilə birbaşa rəqabətdə olan oxşar əmtəə və xidmətlər alan və satan biznes strukturlarının fəaliyyətini təsvir etmək üçün isti fadə olunur. Təhlilçilər bir-birləri ilə birbaşa rəqabətdə olan şirkətlərin səhmlərinin siyahıda yanaşı durması üçün səhm bazarında bölgü aparırlar.İstiqraz bazarında bu termin emitentlərin növünə görə bazarın bölüşdürülməsini nəzərdə tutur. Məsələn, dövlət, korporativ və ya kommunal istiqrazlar. Marketinq sahəsində, həmçinin, reklam kampaniyalarında bu termindən xüsusi olaraq hədəfə alınan bazar sektorlarını göstərmək üçün istifadə edilir və bu zaman onlar daha çox bazar seqmenti adlandırılır.



Yerli Iqtisadi Inkisaf Mərkəzi