Bazel komitəsi

From ..::Banker.az::..
Jump to: navigation, search

Bazel komitəsi - Banka nəzarət üzrə Bazel komitəsi – bank fəaliyyəti standartlarını hazırlamaq məqsədi ilə dörd ildən bir toplaşan Beynəlxalq hesablamalar bankında mərkəzi bankların nümayəndələridir.

Hazırda komitəyə Argentinanın, Avstraliyanın, Belçikanın, Braziliyanın, Böyük Britaniyanın, Almaniyanın, Honkonqun, Hindistanın, İndoneziyanın, İspaniyanın, İtaliyanın, Kanadanın, Çinin, Koreyanın, Lüksemburqun, Meksikanın, Niderlandın, Rusiyanın, Səudiyyə Ərəbistanının, Sinqapurun, Cənubi Afrikanın, İsveçin, İsveçrənin, ABŞ-ın, Türkiyənin, Fransanın və Yaponiyanın MB nümayəndələri daxildirlər.

Bazel komitəsi iştirakçı-ölkələrdə bank nəzarətinin keyfiyyətinin artırılması məsələləri ilə, mərkəzi banklar arasında məlumat mübadiləsi təşkil etmklə, bank fəaliyyətinə nəzarətin ümumi yaxınlaşmalarının işlənib hazırlanması ilə, onun vahid standartlarını və idarəetmə prinsiplərini hazırlamaq ilə, mərkəzi banklara məsləhətlər vermək ilə məşğuldur.

Bazel komitəsi ilk növbədə bank kapitalının yetərincə olması məslələrində öz tədqiqatları və məsləhətləri ilə məşhurdur.

Bu gün Bazel komitəsinin alt qrupları öz strukturundan asılı olaraq: bank fəaliyyətinin qüvvədə olan standartlarının yerinə yetirilməsinə monitorinq (məsələn, “Bazel-I, Bazel-II kimi kapitalın yetərincə olması standartı), onların təkminləşdirilməsi üzərində iş, banklar üçün vahid beynəlxalq mühasibat standartlarının qəbulu və digər standartlar (sığortalamada, qiymətli kağızlar bazarında və digərlərində) işləyib hazırlayanlarla koordinasiya kimi dörd istiqamətdə hərəkət edirlər.

Bazel komitəsinin məsləhətlərinin yerinə yetirilməsi məcburi deyil, lakin onlar bir qayda olaraq iştirakçı-ölkələrin qanunvericiliyində öz əksini tapır.