Birja indeksi

From ..::Banker.az::..
Jump to: navigation, search

Birja indeksi (fond indeksi) - daha likvid olan adi səhmlər yaxud istiqraz vərəqələri səbəti əsasında müəyyən mənada hesablanan bazarın vəziyyətini əks edən indikatordur. Birja indeksləri fond bazarının vəziyyətini bütövlükdə ümumi qiymətləndirməyə, iqtisadi sikldə cari anı təyin etməyə imkan verir.

Hesablama metodikası üzrə indekslər qruplara bölünürlər, aşağıda göstərilənlər onların ən yayılmışlarıdır:

- sadə orta hesab - indeksə daxil olan səhmlərin bazar qiymətləri toplanır və alınan cəmi daxil olan səhmlərin miqdarına bölürlər. Dow Jones ailəsinə aid olan indekslər belə hesablanırlar. Dow Jones ilk dəfə 12 şirkətin səhmlərinin qiymətinə əsaslanaraq 1896-cı ildə hesablanmışdır. Maraqlı faktdır ki, o zamandan bazarda ancaq bir şirkət qalmışdır və bu günə kimi bu indeksə daxildir, bu General Electric şirkətidir;

- orta ölçülmüş – bir qayda olaraq kapitallaşmaya əsaslanır. Beləliklə ancaq səhmlərin qiyməti nəzərə alınmır, həmçinin məlum emitentin qiymətli kağızlarının bazarda olan payını nəzərə almaq mümkün olur. Belə indeksin ən populyar nümunəsi kimi Standard & Poor's 500 (S&P 500) qeyd etmək olar.

Coğrafi cəhətdən indekslər MSCI World (dünyanın 6 min şirkəti bura daxildir) və S&P Global 100 Index (müvafiq olaraq 100 ən iri şirkəti) kimi beynəlxalq indekslərə və Dow Jones Industrial Average, S&P 500, FTSE 100 kimi milli indekslərə bölünürlər.