Bonus

From ..::Banker.az::..
Jump to: navigation, search

Bonus - 1) Müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinə görə işçilərə ödənilən əlavə mükafat. Daimi xarakter daşımır və bir qayda olaraq, əməyin ödənilməsi və şəraiti xüsusi sazişlərdə nəzərdə tutulmur. Ödənişin bu növü ilə “səhmlərin bonus emissiyası” - (səhmdarlar arasında pulsuz proporsional bölgü üçün yeni səhmlərin buraxılışı) bir-biri ilə əlaqədardır. Mənfəətin və ya ehtiyatların kapitallaşmasıdır. Əgər işçilər öz müəssisələrinin səhmdarlarıdırsa, onda bu cür səhmlərin bölgüsü onlara şamil edilir; 2) Sövdələşmə və ya konkret saziş şərtlərinə uyğun olaraq satıcının alıcıya verdiyi əlavə güzəştdir. Bir qayda olaraq əgər daimi alıcılar müəyyən dövr ərzində şərtlənmiş miqdarda əmtəələr alarsa, bonus güzəştləri bu alıcılara verilir; 3) Komisyon mükafat. Əmtəə bazarında bonus bir qayda olaraq, satılan (mübadilə olunan və ya satın alınan) əmtəənin dəyərinə görə faizlə müəyyən olunur və əmtəənin vəziyyətindən,ona olan tələbdən (onun qıtlığından), satış kanallarından (mağaza vasitəsilə və ya birbaşa), satışın həcmindən asılı olaraq dəyişir, eləcə də xidmətə olan tələb və təklifin nisbətindən, potensial, komissionerlər arasında rəqabətin səviyyəsindən asılıdır. Bonus komissiyon sazişlərdə razılaşdırılır; 4) oxşar obyektlərin digər sığortalılarla müqayisədə daha az risk ehtimalı yaranan sığortanın təqdim etdiyi sığorta tarifinin və ya sığorta haqqının məbləğindən güzəştdir. Davranışı və ya vəziyyəti yüksək risk yaradan sığortalı üçün sığorta haqqına və ya tarifinə əlavə (güzəşt) malus adlanır. Buna görə də diversifikasiya olunmuş güzəşt və ya əlavələrin tətbiqi ilə bütün tarifləşmə sistemi “bonus-malus” adlanır.



Yerli Iqtisadi Inkisaf Mərkəzi