Boyük Britaniyada qeyri-rezident əmanəti

From ..::Banker.az::..
Jump to: navigation, search

Boyük Britaniyada qeyri-rezident əmanəti - Banklar hesab açmaq üçün qeyri-rezidentlərdən Böyük Britaniyada yaşadıqları ünvanı təsdiq olunan və şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklərini tələb edirlər. Qabaqcadan vətəndə yaşayış ünvanını, bank hesabının olmasını təsdiq edən ingilis dilində hazırlanmış sənədlər toplamaq məsləhət görülür. Lakin hətta bütün tələblərin yerinə yetirildiyi halda bank heç bir səbəb göstərmədən hesabı açmaqda rədd cavabı verə bilər. Əmanət üzrə dərəcələr rezidentlər və qeyri-rezidentlər üçün eynidir. Hal hazırda iri Britaniya banklarında ən cəlbedici təkliflər müddətsiz əmanətlər üzrə ildə təxminən 3%, müəyyən edilmiş gəlirlə olan əmanətlər üzrə isə ildə 3% -dən bir qədər çoxdurlar. Birləşmiş Krallıqda bütün depozitlər 85 min funt sterlinq həcmində sığorta edilir.