Broker

From ..::Banker.az::..
Jump to: navigation, search

Broker - Bazarda tərəflər arasında vasitəçilik funksiyasını həyata keçirən hüquqi və ya fiziki şəxs, vasitəçi. Göstərdiyi xidmətinə görə broker tərəf müqabillərin birindən, yaxud hər ikisindən komissiya haqqı alır. Broker fəaliyyəti daha çox fond bazarına aid olduğu üçün bu termin əsas etibarilə qiymətli kağızlar bazarında vasitəçilik mənasını ifadə edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində broker fəaliyyətinə aşağıdakı kimi tərif verilir: Broker fəaliyyəti müştərinin hesabına tapşırıq və ya komisyon müqaviləsi əsasında müvəkkil və ya komisyonçu kimi fəaliyyət göstərən, həmin müştərinin mənafeyi üçün qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir.




Yerli Iqtisadi Inkisaf Mərkəzi