Dövlət büdcəsi

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlət büdcəsi (state budget) – dövlət xərcləri və onların ödənilməsi mənbələri üzrə illik maliyyə planı. Dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Büdcə həm də ölkənin iqtisadi-sosial inkişaf proseslərini tənzimləmək alətidir (bax: büdcə, dövlət büdcəsinin gəlirləri, dövlət büdcəsinin xərcləri).



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı