Dövlət rüsumu

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlət rüsumu (state duty) – müvafiq dövlət orqanlarının göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə müəssisə, təşkilat və fiziki şəxslərin dövlət büdcəsinə ödədikləri məcburi ödənişdir. Məsələn, notarial xidmətlərə görə ödənilən rüsumlar. Ayrı-ayrı xidmətlər və hüquqi hərəkətlər üzrə ödənilməli olan dövlət rüsumunun dərəcələri xidmətin dəyərinə görə faizlə, yaxud şərti maliyyə vahidi ilə təyin edilə bilər. Dövlət rüsumu müəssisə, təşkilat və ayrı-ayrı vətəndaşların marağını qoruyan xidmətə və hüquqi əhəmiyyət kəsb edən sənədlərin verilməsinə görə onlara xüsusi səlahiyyətə malik olan (məhkəmə, polis, dövlət arbitrajı və s.) dövlət idarələri tərəfindən alınan pul məbləği. O, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı