Dövlət sirrinin mühafizəsi sistemi

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlət sirrinin mühafizəsi sistemi (state secret protection system) – dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur. Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir. Dövlət sirri təşkil edən məlumatların siyahısı müvafiqliyinə görə məlumatların qanunvericiliklə müəyyən olunmuş əsaslarla və qaydada dövlət sirrinə aid edildiyi və məxfiləşdirildiyi məlumat qruplarının məcmusudur. Dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılma səlahiyyətli vəzifəli şəxsin icazəsi ilə konkret şəxsin dövlət sirri təşkil edən məlumatlarla tanış olması qaydasıdır.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı