Dövlət vergiləri

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlət vergiləri (state taxes) – ölkə qanunvericiliyi ilə müəyyən edilən və ölkənin bütün ərazisində ödənilməli olan və mərkəzi büdcəyə (yəni, dövlət büdcəsinə) keçirilən vergilər nəzərdə tutulur. Dövlət vergiləri ölkənin vergi sisteminin əsasını təşkil edir. Dövlət vergilərinin siyahısı və dərəcələri, vergi tutulması obyektləri, imtiyazların növləri, vergi ödəyiciləri, vergilərin hesablanması qaydaları və onların büdcəyə və ya büdcədənkənar fondlara ödənilməsi proseduru Vergi Məcəlləsinə, həmin məsələlərin əks olunduğu digər qanunlara və dövlət icra strukturlarının müvafiq aktlarına əsasən tətbiq edilir. Azərbaycan Respublikasında dövlət vergilərinə aşağıdakılar aiddir: fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin əmlak vergisi; hüquqi şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi; sadələşdirilmiş vergi.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı