Dövlət zəmanəti üzrə öhdəliklərin icrası

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlət zəmanəti üzrə öhdəliklərin icrası (implementation of obligations on government guarantee) – əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini icra edə bilmədiyi təqdirdə zəmanətçi verilmiş dövlət zəmanətinin müddəalarına uyğun olaraq öhdəliyi yerinə yetirir. Təminat hesabında toplanmış vəsait dövlət zəmanəti üzrə öhdəliyin yerinə yetirilməsi üçün kifayət etmədikdə çatışmayan vəsait dövlət büdcəsinin ehtiyat fondundan ayrılır. Əsas borcalanın öhdəliklərini yerinə yetirmiş zəmanətçi ödədiyi məbləğin və digər xərclərin əvəzini əsas borcalandan Azərbaycan Respublikasının qanunvericiliyində və onunla bağladığı müqavilədə nəzərdə tutulan həcmdə və qaydada ödənilməsini tələb etməlidir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı