Dövlət zəmanəti ilə alınan borcların təminat hesabı

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlət zəmanəti ilə alınan borcların təminat hesabı (provision account of state guaranteed loans) – rəsmi qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının dövlət zəmanəti üzrə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi büdcə hesabı (təminat hesabı) açılır. Dövlət zəmanəti üzrə öhdəliklərin təminat hesabı aşağıdakı mənbələrdən formalaşır: dövlət büdcəsinin vəsaiti; dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan haqq. Haqqın miqdarı tələb edilən dövlət zəmanəti üzrə riskin dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Əsas borcalanın təminat hesabına köçürdüyü haqq dövlət zəmanəti verildikdən sonra geri qaytarılmır. Təminat hesabının açılması, uçotunun aparılması və idarə olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı