Dünya Bankı

From ..::Banker.az::..
Jump to: navigation, search

Dünya Bankı (World Bank) – dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir. Ayrı-ayrı ölkələrdə sabit və davamlı inkişafa nail olmaq üçün Dünya Bankı öz maliyyə resurslarından, yüksək ixtisaslı kadrlarından və biliklər bazasından istifadə edir. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. Həmin ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir. DBnin strukturları: IBRD; IFC (International Finance Corporation); IDA (International Development Agency ); MIGA (Multinational Investment Guarantee Agency); ICSID (International Center for Settlement of Investment Disputes).

Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı