Deloitte Touche Tohmatsu Ltd.

From ..::Banker.az::..
Jump to: navigation, search

Deloitte Touche Tohmatsu Ltd. - DDTL öz tarixini 1845-ci ildə başlayır, həmin vaxt Villiam Velş Deloyt (William Welch Deloitte) özəl mühasibat firmasını açmış və səhmdar cəmiyyətə dəvət olunmuş ilk müstəqil auditor olmuşdur. 1900-cu ildə Corc Tuş (George Touche) öz ortağı ilə bilikdə Nyu-Yorkda Touche, Niven & Co. kompaniyasını təsis etdilər. 1968-ci ildə isə Tokioda Tohmatsu Awoki & Co (sonralar –Tohmatsu & Co. adlandı) firması buxalteriya fəaliyyətinə başlayır. Bu kompaniyaların birləşməsi nəticəsində 1990-ci ildə Deloitte & Touche firması yaranır, 1993-cü ildə isə şirkət bugünkü adını Deloitte Touche Tohmatsu əldə edir. Nəhayət 2010-cu ildə DTTL artıq dünyanın 147 ölkəsində fəaliyyət göstərir. Əməkdaşların ümumi sayı isə 169 587 nəfərdir ki, onlardan 9538-ü şirkətin tərəfdaşlarıdır. Ümumi gəlir 26,6 milyard ABŞ dollarına bərabərdir ki, bunun da 11,7 milyardı auditdən gələn qazancdır, qalan məbləğ isə konsultasiya xidmətləri ilə qazanılıb: hüququ, investisiya ilə bağlı, vergi planlaması sahəsində. Şirkətin MDB-də fəaliyyət göstərən nümayəndəliklər şəbəkəsi vardır. «Deloytun» bölmələri Bakıda (Azərbaycan), Moskva, Sankt-Peterburq və Cənubi Saxalinik (Rusiya), Kiyev (Ukrayna), Minsk (Belorusiya), Tbilisi (Gürcüstan), Aktau, Alma-Ata, Astana, Atırau (Qazaxıstan), Bişkek (Qırğızıstan), Daşkənd (Özbəkistan) və Düşənbədə (Tacikistan) yerləşir. Bu seqmentdəki əməkdaşların ümumi sayı -3min insana yaxındır.