EToken

From ..::Banker.az::..
Jump to: navigation, search

eToken - flash kart və ya USB-konnektorlu bir brelokdur, onun əsas funksiyası fərdi elektron identifikator-açar rolunu oynamaqdır. Bəzən o smart-kart (çipli plastik kart) parametrlərində (form-factor) istehsal olunur, ya da proqram təminatı kimi (yəni virtual elektron açar qismində) buraxılır.

Distansiyadan idarə olunan bank xidmətləri sistemində istifadə zamanı eToken maliyyə əməliyyatının təsdiqlənməsinə xidmət edir –ya elektron rəqəmsal imza, ya da bir dəfə istifadə olunan parol vasitəsi ilə həyata keçirilir.

Ən etibarlı o qurğular hesab olunur ki, köçürmənin təsdiqlənməsi flashkart–açarın daxilində baş verir, yəni parol brelokun hüdudlarını tərk etmir. Amma hətta belə bir sistem də dələduzlardan qorunmağa 100% zəmanət verə bilməz. Deməli zərər yetirici Proqram Təminatından istifadə etməklə onlar, əvvəlcədən məbləği ödəniş rekvizitlərini dəyişdirərək, onu yanlış köçürmənin təsdiqi üçün açara göndərə bilərlər.

Ilk öncə eToken banklar tərəfindən yalnız VİP və ya korporativ müştərilər üçün istifadə olunurdu. Amma indi getdikcə banklar bu xidməti həm də özlərinin sıravi müştərilərinə və fiziki şəxslərə də daha aktiv şəkildə təklif etməyə başlamışlar.