Effektiv faiz dərəcəsi

From ..::Banker.az::..
Jump to: navigation, search

Effective interest rate - Maliyyə alətinin gözlənilən ömrü və ya uyğun olan zaman, daha qısa dövr ərzində qiymətləndirilmiş gələcək nağd pul ödəmələrini və ya daxilolmalarını maliyyə aktivləri və ya maliyyə öhdəliklərinin xalis balans dəyərinə qədər diskontlaşdıran faiz dərəcəsidir. Effektiv faiz dərəcəsini hesablayan zaman müəssisə, maliyyə alətinin (məsələn, avans ödəmələr, alıcı opsionu və oxşar opsionlar) bütün müqavilə şərtlərini nəzərə almaqla pul vəsaitləri daxilolmalarını qiymətləndirməli, lakin gələcək kredit zərərlərini nəzərə almamalıdır. Effektiv faiz dərəcəsinin hesablanmasına effektiv faiz dərəcəsinin tərkib hissələri olan, müqavilənin tərəfləri arasında ödənilmiş və qəbul edilmiş bütün haqlar və digər məbləğlər, əməliyyat məsrəfləri və bütün digər mükafat və ya güzəştlər daxil edilir. Pul vəsaitləri axını və oxşar maliyyə alətləri qrupunun gözlənilən ömrünün etibarlı qiymətləndirilə bilməsi haqqında fərziyyə mövcuddur. Buna baxmayaraq, pul vəsaitləri axını və ya maliyyə alətinin (maliyyə alətləri qrupunun) gözlənilən ömrünün etibarlı qiymətləndirilməsinin mümkün olmadığı nadir hallarda, müəssisə maliyyə alətinin (maliyyə alətləri qrupunun) müqavilə şərtləri üzrə olan pul vəsaitləri axınını bütün müqavilə müddətinə tətbiq etməlidir.



Yerli Iqtisadi Inkisaf Mərkəzi