Ehtiyat valyuta

From ..::Banker.az::..
Jump to: navigation, search

Ehtiyat valyuta (reserve currency) – dövlət və beynəlxalq institutların qızıl və xarici valyuta ehtiyatlarında saxladığı və xarici ticarətin əhəmiyyətli proporsiyasını maliyyələşdirmək üçün istifadə etdiyi valyutadır. Bunun üçün iki şərt tələb olunur: başqa valyutalara nisbətən bu valyutanın dəyəri sabit olmalıdır, dünya ticarətində əhəmiyyətli paya malik ölkənin valyutası olmalıdır, çevrilən valyuta olmalıdır və inkişaf etmiş maliyyə institutlarına malik ölkənin valyutası olmalıdır. BVF-ə görə, hazırda ehtiyat valyutaların 69%-i ABŞ dollarının payına düşür.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı