Fiskal maneə

From ..::Banker.az::..
Jump to: navigation, search

Fiskal maneə (fiscal obstacle) – inflyasiyanın effektli vergi dərəcələri üzərində effekti və yaxud nominal ÜDM-in artımının vergi gəlirləri üzərində effekti. Proqressiv gəlir vergisi sistemi altında qazancda artımlar vergi ödəyicilərini daha yüksək vergi dərəcələrinə irəli çəkə bilər. İnflyasiyaya uyğun indeksləşdirilməyən vergi sistemi şəraitində isə qazancda artımlar inflyasiya ilə uyğunlaşmaq üçün vergi gəlirlərini də artıracaq. 1980-ci illərdən bəri inflyasiya dərəcələrinin azalması ilə “fiskal maneə” termini bir fakta istinad etdi ki, hətta indeksləşdirilmiş vergi sistemində əgər qazanclar qiymətlərə nisbətən sürətlə artırsa, aşkar siyasi dəyişikliklərdə vergi dərəcələrini artırmadan əlavə gəlir vergiləri əldə edir. Fiskal maneə fiskal siyasətdə tələb və məhsul buraxılışı artımı üzərinə azaldıcı effektlə bilərəkdən edilməmiş dəyişikliklə nəticələnə bildi. Oxşar proses eyni zamanda deflyasiya şəraitində baş verir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı