Gömrük dəyərinin müəyyən edilməsi üsulları

From ..::Banker.az::..
Jump to: navigation, search

Gömrük dəyərinin müəyyən edilməsi üsulları (determination methods of custom value) – rəsmi qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: gətirilən malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə; eynicinsli malların sövdələşmə qiyməti ilə; dəyərin toplanması üsulu ilə; dəyərin çıxılması üsulu ilə; ehtiyat üsulu ilə. Gətirilən malların sövdələşmə qiymətinə uyğun olaraq qiymətləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə edilə bilinmədiyi halda bu maddənin 1-ci bəndində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsulun tətbiqi gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda həyata keçirilir. Dəyərin çıxılması və toplanması üsullarından istənilən ardıcıllıqla istifadə edilə bilər.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı