Hesab əmanəti

From ..::Banker.az::..
Jump to: navigation, search

Hesab əmanəti - müddətli əmanətin bir növüdür. Hesab əmanətlərini şərti olaraq məxaric-mədaxil və məxaric əmanətlərinə bölmək olar.

Məxaric-mədaxil əmanətlər vasitəsi ilə həm mədaxil, həm də məxaric əməliyyatları aparmaq olar. Əmanət üzrə məxaric əməliyyatlarını bank tərəfindən təyin edilmiş azalmayan qalıq səviyyəsinə qədər etmək mümkündür. Mədaxil şərtləri yığım əmanətləri üzrə şərtlərə uyğundurlar. Belə depozitlər daha çox universaldırlar, lakin onlar üzrə dərəcələr bir qayda olaraq yüksək deyil: 0,5-1 bənd toplanan depozitlərdən və 1-1,5 bənd yığım depozitlərdən azdır.

Məxaric əmanətləri üzrə bank tərəfindən təyin edilmiş azalmayan qalıq səviyyəsinə qədər qismən məbləğlər götürmək imkanı verilir. Qismən məbləğ götürüldükdən sonra faizlər əmanətdə qalan vəsaitə hesablanmaqda davam edirlər. Əlavə ödəmələr qəbul edilmir.