Kənarlaşma

From ..::Banker.az::..
Jump to: navigation, search

Deviation - Statistik ölçü aləti olmaqla hər hansı bir təsadüfi kəmiyyətin müəyyən bir qiymətinin həmin kəmiyyətin orta qiyməti kimi təsbit olunmuş qiymətdən nə qədər kənarlaşmasını göstərir. Maliyyə bazarlarının təhlillərində daha çox standart kənarlaşmadan istifadə olunur. Standart kənarlaşma təsadüfi kəmiyyətin orta qiymətindən ortalama kənarlaşmasını səciyyələndirir və dispersiyadan kvadrat kök almaqla hesablanır. Dispersiyadan fərqli olaraq, təsadüfi kəmiyyətlə eyni tərtibli ölçüyə malik olur. Standart kənarlaşmadan təsadüfi gəlir gətirən investisiyaların riskliliyinin (standart kənarlaşmanın qiyməti nə qədər böyük olarsa, investisiyaların riskliliyinin də bir o qədər böyük olduğunu söyləmək olar) və maliyyə alətlərinin məzənnələrinin volatilliliyinin qiymətləndirilməsində geniş istifadə olunur.



Yerli Iqtisadi Inkisaf Mərkəzi