Karat

From ..::Banker.az::..
Jump to: navigation, search

Bu termin qiymətli daşların, o cümlədən də brilyantın çəki vahidini təsvir etmək üçün istifadə olunur, burada 1 karat 200 milliqrama bərabər tutulur. Başqa sözlərlə 1 karat –bir qramın beş də bir hissəsinə bərabərdir. Daha xırda brilyantlar isə karatla deyil Ya da bir qramın beş də bir hissəsinə bərabərdir. Daha xırda brilyantlar isə karatla deyil vahidlərlə ölçülür, bu zaman 100 vahid 1 karata bərabər olur (yəni hər bir vahid karatın yüzdə bir hissəsinə bərabər olur, bu da 0,01 karat deməkdir. «Karat» sözünün mənşəyi «Karat» sözü öz başlanğıcını yunan mənşəli «keration» sözündən götürür, buda keçibuynuzu bitkisinin meyvəsinə anlamına gəlir. Bu ağacın toxumları eyni ölçülü olduğu üçün, müəyyən müddət keçdikdən sonra qiymətli daşların çəkisini müəyyən etmək üçün ölçü vahidi kimi işlədilməyə başlayır. Həmin ağacın orta ölçü toxumunun çəkisi 200 milliqram olduğu üçün, bir karat da 200 milliqrama bərabərdir. Karatın abreviaturası «ct» abreviaturası karat anlayışını ixtisar edilmiş formada bildirmək üçün istifadə olunur və bir brilyantın ölçüsünə aid edilir. «ct TW» abreviaturası zərgərlik əşyasında istifadə olunan bütün brilyantların ümumu çəkinin karatlarla ifadəsidir. Karatlarla çəki və həcm Karat digər bahalı daşların çəkisini də ölçmək üçün istifadə olunur, amma eyni çəkidə olan müxtəlif qiymətli daşlar heç də həmişə eyni boyda, yəni eyni həcmdə olmur. Onların bəzilərində sıxlıq daha böyük olur, yəni onlar az məkan tutsalar da, daha çox çəkiyə malik olurlar. İki eyni karat çəkisinə malik olan brilyantlar tamamı ilə fərqli qiymətə ola bilər, burda bir sıra digər faktorlar da mühüm rol oynayır.(bu daşın kəsimi, rəng, təmizlik və s ola bilər) Çəkini karatla müəyyən edərkən kiminlə iş gördüyünü bilmək çox vacibdir. Karatla ölçü nə qədər böyük olarsa, brilyantın qiyməti də bir o qədər çox olar. Niyə? Çünki brilyant nə qədər böyükdürsə, demək ona rast gəlmək şansları bir o qədər azdır. Kortəbii halda tapılan, emal edilməmiş almazlardan milyonda biri yetərincə böyük olur ki, üzərində işləndikdən sonra 1karatlıq brilyant çəkisinə malik olsun. Beləliklə karatla ölçü böyük olduqda, nəinki əşyanın ümumi dəyəri, həm də bir karata görə olan qiymət də qalxır.



Yerli Iqtisadi Inkisaf Mərkəzi