Konsern

From ..::Banker.az::..
Jump to: navigation, search

Konsern - (ing. concern – iştirak, maraq) mülkiyyətin və nəzarətin vəhdətini xarakterizə edən birləşmə formasıdır. Konsernə daxil olan müəssisələr sərbəst deyillər, onlara konsernə başçılıq edən baş təşkilat tərəfindən nəzarət olunur. Konsern - müstəqil müəssisə və təşkilatların birliyi olub, ümumi iştirakçılıq sistemi ilə maliyyə resurslarını və istehsalı reallaşdıraraq, iştirakçı tərəfləri «şaquli» və ya «üfiqi» formada birləşdirir. Şaquli birlik istehsal prosesini rabitəli xarakterlə bağlılıqda olan müəssisələr, üfiqi birlik isə qarşılıqlı əlaqəliyi olmayan müxtəlif sahələrin, təşkilatların birləşməsidir. Konsern həm də öz növbəsində hüquqi şəxs olmaqla, səhmdar cəmiyyət holdinq, şaquli və üfiqi inteqrasiya olunan qürumlara bölünür.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com