Konversiya

From ..::Banker.az::..
Jump to: navigation, search

Conversion - İqtisadi münasibətlərdə hər hansı razılaşma üzrə şərtlərin dəyişdirilməsi. Bu üsuldan maliyyə sahəsində də istifadə olunur: 1) Dövlət borcu münasibətləri zamanı kredit şərtlərinin, o cümlədən borc faizinin və ya borc müddətinin dəyişdirilməsi. Borc faizlərinin dəyiş dirilməsi möhkəmləndirmə, faizlərin dəyişdirilməsi isə əvəz etmə adlanır; 2) Səhmdar cəmiyyət tərəfindən tədavülə buraxılan istiqraz vərəqələrinin müəyyən olunmuş dəyər nisbəti əsasında həmin müəssisənin səhmləri ilə dəyişdirilməsi, əvəzləşdirilməsi; 3) İmtiyazlı səhmlərin adi səhmlərlə əvəzləşdirilməsi;4) Eyni bazar dəyərinə malik iki müxtəlif müəssisələrin səhmlərinin dəyişdirilməsi;5) Satıcı opsionunun alıcı opsionuna çevrilməsi;6) Cari valyuta məzənnəsi ilə bir valyutanın digəri ilə mübadilə edilməsi.



Yerli Iqtisadi Inkisaf Mərkəzi