Kvazifiskal fəaliyyətlər

From ..::Banker.az::..
Jump to: navigation, search

Kvazifiskal fəaliyyətlər (quasi-fiscal activities) – mərkəzi bankların, ictimai vəsait institutlarının və qeyri-maliyyə müəssisələrinin fiskal xarakterli fəaliyyətləridir. Prinsipcə onlar müəyyən fiskal göstəricilər – vergilər, subsidiyalar və başqa birbaşa xərclər vasitəsilə təkrar oluna bilər, hətta dəqiq miqdarın təyin olunması bəzi hallarda çox çətin ola bilər. Nümunə kimi subsidiya verilmiş bank kreditləri və müəssisə tərəfindən qeyri-kommersiya xarakterli ictimai xidmətlər göstərilməsini misal göstərmək olar.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı