Məsuliyyət

From ..::Banker.az::..
Jump to: navigation, search

Məsuliyyət (responsibility) – məsuliyyət hüquq və qanuni tələbi təqdim edənlə bu qanuna əməl etməli olan qurumlar arasındakı əlaqəni göstərir. Bütün məsuliyyət mexanizmləri üç prinsipə uyğun idarə edilir:


(a) “Şəffaflıq” qərarların və onların icrasının açıq və kifayət qədər informasiyanın aydın, yaralı olmasını tələb edir, ondan ötrü ki, digər qurumların və ümumi kütlənin münasib prosedurları izləməsinə imkan verilsin;


(b) “Cavabdehlik” qərar qəbul edən şəxslərin qərarlarını açıq izah etmək öhdəliyini bildirir, buna görə onlar sübut edir ki, qərarları münasib, rasional və onların mandatı çərçivəsindədir;


(c) “İdarə oluna bilmə” yerində qərarlara və icraya icazə verən mexanizmlərə istinad edir və verilmiş mandat və prosedurlara zidd olaraq qüvvədə olur – tez-tez yoxlama və balansların və məcburi tətbiqetmə sisteminə istinad edir. Cəzasızlıq məsuliyyətin antonimidir və edilmiş zərər üçün günahın bölüşdürülməsi məsuliyyətin mühüm komponentidir. Demokratik məsuliyyət o ideyaya istinad edir ki, siyasi gücə malik şəxslərin öz elektoratının məsuliyyətini yerinə yetirmək vəzifəsi var – həm seçkilər boyunca, həm də institusional idarəetmə boyunca.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı