Nağd ödəniş

From ..::Banker.az::..
Jump to: navigation, search

Payment in cash (cash payment) - 1) Bir iqtisadi subyektdən digərinə nağd şəkildə təqdim edilən ödəniş əməliyyatı. Bu halda məbləğ müəssisənin, təşkilatın hesabına deyil, nağd pul nişanları şəklində kassasına daxil olur. Əsasən nağd hesablaşma fiziki şəxslər arasında əmtəə və xidmətlər bazarında geniş istifadə olunur. Bank sistemi yüksək inkişaf etmiş ölkələrdə ümumi hesablaşmaların çox az hissəsi nağd formada həyata keçirilir. 2) Fond birjasında qiymətli kağızların alqı-satqısının nağd formada həyata keçirilməsi. Bu halda ödəniş qısa müddətdə həyata keçirilməklə maliyyə aləti alıcıya investora və ya fond vasitəçisinə təqdim edilir. 3) Xarici valyuta ticarətində əməliyyatların nağd formada və qısa müddət ərzində həyata keçirilməsi. Bu əməliyyat spot əməliyyatı adlanır.



Yerli Iqtisadi Inkisaf Mərkəzi