Private placement

From ..::Banker.az::..
Jump to: navigation, search

Private placement (hərfi tərcüməsi “xüsusi yerləşdirmə”) – qiymətli kağızların əvvəlcədən kimliyi bilinən investorlar arasında yerləşdirilməsi. Şəxsi yerləşdirmə zamanı səhmlərin yaxud istiqraz vərəqələrinin bütün arzu edənlər tərəfindən alınmasına açıq təklif edilmir. Qiymətli kağızların belə buraxılışını təşkil etmək asandır. O, daha az hüquqi çətinliklər doğurur, praktiki olaraq marketinq xərcləri tələb etmir, deməli daha ucuz başa gəlir. Bundan başqa, maliyyə və işgüzar məlumatı qeyri-məhdud sayda şəxslər o cümlədən rəqiblər qarşısında açıqlamaq lazım gəlmir. Eyni zamanda bir qayda olaraq xüsusi yerləşdirmə açıq yerləşdirmədən daha az vəsait toplamağa imkan verir. Buraxılış investorlar üçün zəif likvidliklə qalır. Şəxsi yerləşdirməyə misal kimi 2010-cu ilin sonunda 4,9 mlrd rubl nomianlı həcmində əlavə səhmlər emissiyasını Societe Generale S. A. və ICFI (Cyprus) Limited-in xeyrinə yerləşdirən Rosbankı demək olar.