Qızıl ehtiyatı

From ..::Banker.az::..
Jump to: navigation, search

Qızıl ehtiyatı - bir qayda olaraq külçələrdə saxlanılan qızıl valyuta ehtiyatının hissəsidir.

Qızıl ehtiyatları sahibkarlar kateqoriyası üzrə dövlət qızıl ehtiyatlarına, dövlətlər arası maliyyə təşkilatları ehtiyatlarına, məsələn Beynəlxalq Valyuta Fondunun və xüsusi ehtiyatlara bölünə bilərlər.

Dövlət qızıl ehtiyatları demək olar ki bütün inkişaf etmiş ölkələrdə var. Ən böyük ehtiyat başqalarından çox irəlidə olmaqla Amerika Birləşmiş Ştatlarındadır: 2011-ci ildə bu ehtiyat 8,133 ton təşkil etmişdir. Belə böyük həcm İkinci dünya müharibəsindən sonra Bretton – Vuds valyuta sisteminin yaradılması zamanı Avropa qızılının böyük hissəsinin ABŞ-a aparılması ilə bağlıdır. İkinci yerdə Almaniyadır: 3 401 ton. Üçüncü yerdə İtaliyadır: 2 451 ton. Rusiya dünyada səkkizinci yer tutur, onun anbarlarında 836,7 ton qızıl toplanmışdır.

Bütövlükdə mərkəzi banklar ehtiyat kimi dünyada olan bütün qızılın təxminən 20%-ni saxlayırlar. Beynəlxalq maliyyə institutlarının ehtiyatlari, - bu birinci növbədə, 2011-ci ildə 2 814 ton təşkil edən BVF-in, Avropa Mərkəzi Bankının (502 ton), Beynəlxalq hesablaşmalar bankının (119 ton), və eləcə də Qərbi Afrika ölkələrinin İqtisadi cəmiyyətlərinin (36,5 ton) ehtiyatlarıdır. Xüsusi şəxslərdə nə qədər qızıl saxlandığı dəqiq məlum deyilr. Lakin qiymətli metallara vəsait qoymaqda ixtisaslaşan beynəlxalq investisiya şirkətlərinə məxsus olan təxminən 1 750 ton qızıl haqqında məlumatlar mövcuddur.

Qızıl ehtiyatlar real əmtəəyə vəsait qoymaq deməkdir. Bu səbəbdən, qənaət edilib yığılan vəsaitlər inflyasiyaya məruz qalmır. Əgər pulların alıcılıq qabiliyyəti azalırsa, əgər valyuta digər aktivlərlə müqayisədə ucuzlaşırsa, bu halda qızılın dəyəri dəyişməz qalır. Digər tərəfdən, qızıl külçələr öz özlüyündə faiz gəliri gətirmirlər, çünki anbarda qalan qızıl demək olar ki, istifadəsiz qalır.

Qızılla yanaşı, həmçinin digər qiymətli metallar: gümüş, platin, polladium da ehtiyat kimi istifadə edilə bilər.