Qorunan əmanət

From ..::Banker.az::..
Jump to: navigation, search

Qorunan əmanət (protected deposit) – rəsmi qanunvericiliyə əsasən, sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan, əmanətçiyə kompensasiya olunan əmanətdir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: adsız borc qiymətli kağızlarının (adsız depozit sertifikatlarının) yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri; bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər; qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər; cinayət törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər; üzərinə həbs qoyulmuş əmanətlər; cəlb edildiyi günə Azərbaycan Respublikası Milli Bankının uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər; fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri; fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri; ödəniş müddətlərinin başa çatıb-çatmamasından asılı olmayaraq əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti; bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı