Sığorta təşkilatlarının məsrəfləri

From ..::Banker.az::..
Jump to: navigation, search

Sığorta təşkilatlarının məsrəfləri (expenses of the insurance companies) – sığorta ödəmələrinin və sığorta məbləğlərinin ödənməsini; sığorta ehtiyatlarına ayırmaları; təkrar sığortaya verilmiş sığorta haqlarını (mükafatlarını); bədbəxt hadisələrin, itkilərin və ya sığorta olunmuş əmlakın zədələnməsinin qarşısının alınması tədbirlərini maliyyələşdirmək üçün ehtiyata ayırmaları; işin aparılması xərclərini; sair xərcləri (sığorta fəaliyyətinə görə xərclər də daxil edilməklə) özündə birləşdirən sığorta təşkilatlarının maliyyə nəticələrindən istifadəni əks etdirən göstəricilərdir. Bu göstəricilər sığorta təşkilatlarının mühasibat və statistika hesabatlarının tərtib edilməsi metodologiyası əsasında hesablanır.


Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı