Sığorta vasitəçiləri

From ..::Banker.az::..
Jump to: navigation, search

Sığorta vasitəçiləri (insurance mediators) – sığorta şirkəti ilə onun müştəriləri arasında əlaqə yaradır və onlar bilavasitə sığorta xidmətlərini yerinə yetirirlər. Sığorta vasitəçilərinin əsas vəzifələri aşağıdakılardan ibarətdir: sığorta şirkətinin fəaliyyətinin xüsusiyyəti haqqında və sığorta şərtləri haqqında müştərilərə məlumat vermək, yəni təbliğat funksiyalarının yerinə yetirilməsi; sığorta təkliflərinin ilkin təhlili və qəbul edilməsi, sığorta haqqının inkassasiyası və sığorta müqaviləsinin təzələnməsi və bağlanması;

sığorta hadisəsi baş verdikdə müştərilərə onların hüquq və vəzifələrinin aydınlaşdırılması. Əldə edilmə üsulundan və yerindən asılı olaraq, sığorta vəsiqələri aşağıdakı formalarda olur: fərdi – müştərinin şəxsi istəyi və yaşayış yeri müstəsna olmaqla əldə edilir; kollektiv – kollektivin işçiləri sığorta edilir (daha çox bədbəxt hadisələr və həyatın sığortası);

qarışıq – ərazi vasitəçilərinin xüsusi şirkətlərlə, həmçinin dövlət və qeyri-dövlət sığorta subyektlərinin birgə fəaliyyəti nəticəsində optimal güzəştlərə əsaslanır.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı