Sadə faiz əmanəti

From ..::Banker.az::..
Jump to: navigation, search

Sadə faiz əmanəti - Sadə faiz əmanətlərindən gələn gəlir müştərinin başqa hesabına ödənilir, məsələn kart yaxud vaxtında tələb olunan hesaba və depozitin özünə əlavə edilmir. Faizlər müddətin sonunda, hər rüb, hər ay yaxud yarım ildə bir dəfə ödənilə bilərlər. Bankirlər sadə faiz ilə olan əmanətləri hər ay yaxud hər rüb əllərinə gəlir almaq istəyən müştərilərə məsləhət görürlər. Sadə faiz ilə olan əmanətlərin düsturu aşağıda göstərildiyi şəkildədir:

S = K + (K*P*d/D)/100,

Sp = (K*P*d/D)/100,

Burada:

S - əmanətin faizlərlə birlikdə cəmi,

Sp – faizlərin cəmidir (gəlir),

K - əmanətin ilkin məbləğidir (capital),

P – illik faiz dərəcəsidir

D – cəlb edilmiş əmanət üzrə faizlər hesablanan günlərin miqdarıdır,

D – təqvim ilində olan günlərin miqdarıdır (365 yaxud 366).