Satış təklifi

From ..::Banker.az::..
Jump to: navigation, search

Offer for sale - Hər hansı bir şirkətin yeni səhmlərini satışa çıxarması üzrə təklif verməsi. Bunun üçün, əsasən, aşağıdakı iki yoldan istifadə edilir: 1) İnvestisiya bankı kimi bu sahədə ixtisaslaşmış və sponsorluq edə bilən vasitəçi qurumları dəvət etməklə kütləvi satış üçün təklif verilməsi; 2) Səhmlərə yazılış üzrə və ya şirkətin özü tərəfindən emissiya şirkətlərini kütləvi şəkildə dəvət etməklə birbaşa təklif verilməsi. Bu təklif əvvəlcədən müəyyənləşdirilmiş qiymətə də əsaslana bilər və ya investorlar arasın da təşkil olunan tender vasitəsilə formalaşan qiymətə də. Tenderdə qiymət üzrə bütün təkliflər toplandıqdan sonra investorların hamısının ödəməyə hazır olduqları qiymətlər əsasında təklif qiyməti formalaşdırılır.



Yerli Iqtisadi Inkisaf Mərkəzi