Standard & Poors

From ..::Banker.az::..
Jump to: navigation, search

Standard & Poors – tarixi 1860-cı ildən başlayan Moody’s və Fitch Rating-lə birlikdə “böyük üçlüyə” daxil olan reytinq agentliyidir. Bu agentlik tərəfindən ümumi borcu 34 trln ABŞ dolları təşkil edən 100 çox ölkəyə reytinqlər verilmişdir. Bundan başqa şirkət Amerika və beynəlxalq qiymətli kağızlar bazarı üçün S&P birja indeksləri seriyasının yaradıcısıdır. Onun ştatında 6 300 dən çox əməkdaş var.

S&P iki növ reytinqlər verir: beynəlxalq və milli. 1. Beynalxalq reytinqlər cədvəli.

1.1. Uzunmüddətli S&P reytinqi. İnvestisiya sinfi:

“AAA” – öz borc öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməsində çox yüksək dərəcədə qabiliyyətli olması; ən yüksək reytinqdir

“AA”- öz borc öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməsində yüksək dərəcədə qabiliyyətli olması.

“A” - öz borc öhdəliklərini kommersiya, maliyyə və iqtisadi şəraitdə əlverişsiz dəyişikliklərin təsirinə yüksək həssaslıq zamanı, vaxtında və tam şəkildə yerinə yetirməsində orta yüksək dərəcədə qabiliyyətli olması.

“BBB”- borc öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməsində kifayət qədər olan qabiliyyətdir, lakin kommersiya, maliyyə və iqtisadi şəraitdə əlverişsiz dəyişikliklərin təsirinə yüksək həssaslığı var.

Spekulyativ sinif.

“BB” – qısa müddətli perspektivdə təhlükəli deyil, lakin kommersiya, maliyyə və iqtisadi şəraitdə əlverişsiz dəyişikliklərin təsirinə yüksək həssaslığı var.

“B”- kommersiya, maliyyə və iqtisadi şəraitdə əlverişsiz dəyişikliklərin olduğu zaman daha yüksək zəiflik nümayiş edir, lakin hal hazırda borc öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirilməsinə imkan var.

“CCC” – hal hazırda emitent tərəfindən öz borc öhdəliklərini ödəməməyə potensial imkanı olmaması mövcuddur, bu əhəmiyyətli dərəcədə əlverişli kommersiya, maliyyə və iqtisadi şəraitdən asılıdır.

“CC” – hal hazırda emitent tərəfindən öz borc öhdəliklərini yerinə yetirməsi yüksək dərəcədə ehtimal edilir.

“C” – emitentə qarşı müflisləşmə proseduru qaldırılıb yaxud analoji hərəkət edilib, lakin ödəmələr yaxud borc öhdəliklərinin yerinə yetirilməsi davam edir.

“SD” – digər borc öhdəlikləri üzrə ödəmələrin vaxtında və tam şəkildə ödənilməsi davam etdiyi zaman, məlum borc öhdəliyi üzrə seçilən defoltdur.

“D” – borc öhdəlikləri üzrə defoltdur.

“AA” dan “CCC”-ə kimi intervalda olan uzun müddətli və “A-1” qısa müddətli reytinqlərə ortada olan qiymətin göstərilməsi üçün (+) yaxud (-) işarələri əlavə oluna bilər.

Hərfi ifadədən başqa, S&P reytinqləri agentliyin nöqtəyi-nəzərindən reytinqin yaxın iki-üç il ərzində mümkün hərəkət istiqamətini proqnozlaşdırmalarla müşahidə olunurlar. Dörd şərh standart hesab olunur.

• “pozitiv” – reytinq arta bilər; • “neqativ” – reytinq azala bilər; • “sabit” – dəyişiklik az ehtimal edilir; • “inkişaf etməkdə olan” – reytinqin həm artması, həm də azalması mümkündür.

1.2. Qısa müddətli reytinqlər “A-1” dən “D”-yə kimi qiymətləndirir.

2. Milli reytinqlər şkalası.

S&P-nin milli reytinq şkalasında ru calağı istifadə edilir: “ruAAA”, “ruAA”, “ruA” və s. Şirkətin reytinqi suveren reytinqdən yüksək ola bilməz. Bu səbəbdən hər sinfin təsvirində digər emitentlərə olan nisbətdə reytinq şirkət tərəfindən öz borcunu ödəməsi qabiliyyətini göstərməsi əlavə edilir.

S&P kredit reytinqlərindən başqa, şirkətlərin rəhbərliyini də yoxlayır. Bunun üçün agentlik tərəfindən: “Korporativ idarəetmə reytinqi” və inkişaf etməkdə olan bazarlarda şirkətlərin səhmlərinin alınması ilə bağlı qeyri maliyyə risklərinin qiymətləndirilməsi olan GAMMA kimi iki sistem işlənib hazırlanmışdır.