Tobin vergisi

From ..::Banker.az::..
Jump to: navigation, search

Tobin vergisi (Tobin tax) – Harvard Universitetinin professoru James Tobin tərəfindən irəli sürülən və xarici valyuta mübadiləsi əməliyyatlarının vergitutmaya cəlbini nəzərdə tutan xüsusi vergi növü. Dünya üzrə xarici valyuta transaksiyaları çox irihəcmlidir və onun yalnız 2%-i əmtəələrin ticarəti ilə bağlıdır. Yerdə qalanı isə investisiya və spekulyasiya məqsədlidir. Bununla bağlı narahatlıq ondan ibarətdir ki, qısamüddətli dövrdə xeyli “qaynar pullar” (hot money) bir ölkədən digərinə hərəkət edir və bu, bəzən maliyyə bazarında gərginliyə və yaxud makroiqtisadi sabitliyin pozulmasına səbəb olur. Belə bir vəziyyətdə Tobin təklif edirdi ki, bu cür əməliyyatların vergiyə cəlbi nəinki pul axınlarını nəzarətdə saxlamağa imkan verir, həmçinin əlavə gəlir mənbəyinin yaranmasına gətirib çıxarır. Bu təklif xeyli müzakirə olunsa da, hələlik onun praktik tətbiqi problemli görünür. Çünki onun tətbiqi beynəlxalq razılaşma tələb edir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı