Transfer

From ..::Banker.az::..
Jump to: navigation, search

Transfer - 1) Pul vəsaitlərinin, valyutanın bir ölkədən digərinə keçirilməsi. 2) Pulun bir hesabdan başqa hesaba köçürülməsi. 3) Bir büdcə həlqəsindən başqa birinə, əsas etibarilə aşağı büdcə həlqəsinə onun gəlir və xərclərinin səviyyəsini, eyni zamanda kassa icrasını təmin etmək məqsədilə vəsaitin əvəzsiz təqdim olunması, köçürülməsi. 4) Müxtəlif məqsədlər üçün bir hesabdan başqa hesaba, yaxud bir büdcə həlqəsindən başqa büdcəyə əvəzsiz köçürülən vəsait. 5) Qiymətli kağızların bir sahibindən digərinə keçməsi, ötürülməsi. 6) Hər hansı maliyyə fondundan, əsasən dövlət maliyyəsi fondlarından digər fondlara, yaxud müəssisə hesablarına əvəzsiz və məqsədli pul vəsaitlərinin köçürülməsi. 7) Xarici subyektlər tərəfindən ölkədaxili hüquqi və fiziki şəxslərə iqtisadi yardım və digər məqsədlər üçün təqdim edilən, köçürələn pul vəsaitləri. Vergilər və kreditlər trans fertlər kimi xarakterizə olunmur. Transfer, adətən, köçürmə yazısının indossamentin köməyi ilə icra olunur.



Yerli Iqtisadi Inkisaf Mərkəzi