Valyuta şurası

From ..::Banker.az::..
Jump to: navigation, search

Currency board - Milli valyutasını digər bir valyutaya (məsələn, dollar və ya avroya) bağlayan və təsbit olunmuş mübadilə məzənnəsi rejimi tətbiq edən ölkələrdə valyuta siyasətinə məsul olan maliyyə qurumudur. Belə valyuta siyasəti həyata keçirən ölkələr milli valyutada pullarının təsbit edilmiş mübadilə məzənnəsi üzrə istinad edilən valyutaya tam dönərliliyinə zəmanət verir. Bu zəmanətə görə, ölkə sahib olduğu xarici valyutanın həcmindən çox milli valyutada pul buraxa bilməz. Odur ki, bu ölkələr müstəqil pul siyasəti həyata keçirmək imkanına malik olmurlar və milli pul kütləsinin həcmi ölkənin malik olduğu valyuta ehtiyatlarının həcmindən asılı olaraq avtomatik tənzimlənir. Milli valyutanın əlavə emissiyası Mərkəzi Bank tərəfindən xarici valyuta alınması halında mümkün olur. Belə rejimdə Milli Bankın funksiyası kommersiya banklarının fəaliyyətinə prudensial nəzarəti həyata keçirməklə məhdudlaşır. Bu sistem əlavə pul emissiyası yolu ilə müəyyən əməliyyatlar üzrə dövlət xərclərinin maliyyələşdirilməsinin və beləliklə də, inflyasiyanın qarşısını alır.



Yerli Iqtisadi Inkisaf Mərkəzi