Valyuta müdaxiləsi (intervensiyası)

From ..::Banker.az::..
Jump to: navigation, search

Valyuta müdaxiləsi (intervensiyası) - Valyuta müdaxiləsi, milli valyutanın gücləndirilməsinə yaxud zəiflədilməsinə yönəldiyi zaman birdəfələik yaxud məhdudlaşdırılmış müddət ərzində iri həcmdə valyutanın alınması yaxud satılmasının həyata keçirilməsi ilə əlaqədar valyuta bazarında ölkənin mərkəzi bankı tərəfindən etdiyi hərəkətdir. Valyuta müdaxiləsinin vəzifəsi valyuta məzənnəsini dövlətin marağında saxlamaqdan ibarətdir.

Çox vaxt dünya bazarında valyuta müdaxilələri ancaq mərkəzi bank tərəfindən deyil, müxtəlif ölkələrin bir sıra bankları tərəfindən öz aralarında olan razılaşmalar əsasında həyata keçirilir.

Misal kimi “Böyük yeddiliyin” Yaponiya iqtisadiyyatına yardım etmək, onun daha rəqabətqabiliyyətli olması üçün, Yapon iyenasının məzənnəsini ABŞ dolları nisbətində aşağı salması qərarını göstərmək olar. 18 mart 2011-ci ildə baş vermiş zəlzələdən sonra, Yaponiya Bankı, Avropa Mərkəzi Bankı və ABŞ-ın Federal Ehtiyat Sisteminin razılaşdırılmış hərəkətləri nəticəsində Yapon valtyutasının qiyməti bir neçə dəqiqə ərzində 2%-dən çox azaldılmışdı.