Visa Electron

From ..::Banker.az::..
Jump to: navigation, search

Visa Electron – beynəlxalq Visa ödəmə sisteminin başlanğıc səviyyəsinin elektron kartıdır. İlk dəfə 1980-ci illərdə buraxılmışdır. Rusiyada ən populyar kartlardan biridir. Çox vaxt debet kartları emitentləşdirilir, lakin kredit kartları da emitentləşə bilərlər.

Bu kart bankomatlardan və nağd pul verən məntəqələrdən pul vəsaitlərini almağa və eləcə də mal və xidmətləri nağd pulsuz ödəmək üçün nəzərdə tutulub. İnternetdə belə kartla bir qayda olaraq ancaq kredit təşkilatının internet-bankı vasitəsi ilə ödəmək olar. Kart embossirlənməyib. Kart ilə əməliyyatlar ancaq elektron vasitələrdən istifadə etməklə həyata keçirilir (POS-terminallar və bankomatlar). Yəni imprinterlərin istifadəsi və səs avtorizasiyası mümkün deyil, bu bir tərəfdən kartın qəbul etmə dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır, digər tərəfdən isə fırıldaqlıq riskini azladır. Bütün transaksiyalar mütləq avtorizasiya ilə keçirilirlər, kartın sahibinin hesabında pul olması hər bir əməliyyat zamanı yoxlanılır. Bu, kartdan, hesabda olduğundan çox vəsait çıxarmağa imkan vermir.

Çox banklar Visa Electron kartlarını pulsuz buraxılrlar və onlara xidmət göstərmək üçün pul almırlar yaxud onu minimal həddə təyin edirlər. Bu əldə edilməsi ən asan və qənaətcil plastik kartlardan biridir.

Onlar ilk növbədə bank tarixi sıfıra bərabər olan müştərilər, şagirdlər (14 yaşdan yuxarı şəxslərə verilə bilər), təqaüdçülər üçün nəzərdə tutulub. Belə kartlar çox vaxt əmək haqqı layihələri çərçivəsində buraxılırlar. Visa Electron-u elektron terminallarla təchiz edilmiş 12,4 mln-dan çox mağzaz və digər ticarət məntəqələrində və bütün dünya üzrə VİSA loqotipi olan 805 min artıq bankomatlarda istifadə etmək olar.