Vergi ödəyicilərinin uçotu
From ..::Banker.az::..
Revision as of 13:37, 2 December 2011 by 109.237.117.68 (talk) (Created page with "'''Vergi ödəyicilərinin uçotu''' (taxpayers registration) – hüquqi və fiziki şəxslərin fəaliyyətinə vergi nəzarətini həyata keçirmək məqsədilə onlar vergi o...")
Vergi ödəyicilərinin uçotu (taxpayers registration) – hüquqi və fiziki şəxslərin fəaliyyətinə vergi nəzarətini həyata keçirmək məqsədilə onlar vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. Bu zaman hər bir vergi ödəyicisinə onu uçota alan vergi orqanının kodunu və vergi ödəyicisinin sıra nömrəsini özündə əks etdirən, bütün vergilər üzrə ölkə ərazisində vahid olan və vergi ödəyicisi tərəfindən mühasibat, statistika, vergi və digər sənədlərdə hökmən göstərilməli olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı