Yaşayış minimumunun təyinatı
Yaşayış minimumunun təyinatı (destination of life minimum) – yaşayış minimumundan aşağıdakı məqsədlər üçün istifadə olunur: əhalinin aztəminatlı təbəqələrinə dövlət tərəfindən ünvanlı sosial yardım göstərilməsi sisteminin formalaşdırılmasında və tətbiqində; əhalinin aztəminatlı təbəqələrinin rifahının yüksəldilməsi konsepsiyasının və dövlət proqramlarının hazırlanmasında; əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında; fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında; əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində; dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı