Diskontlaşdırılmış pul axını
From ..::Banker.az::..
Discounted cash flow - İnvestisiya imkanlarının gəlirli olub olmamasını ölçən qiymətləndirmə metodu. İnvestisiyanın dəyərinin müəyyənləşdirilməsi məqsədilə investisiyadan gələcəkdə gözlənilən pul axınlarının diskont faiz dərəcəsi istifadə olunmaqla cari dəyəri hesablanır. Əgər diskontlaşdırılmış pul axını üsulu ilə əldə olunmuş dəyər qiymətləndirilən investisiya imkanlarının xərcindən yüksəkdirsə, investisiya məqsə də uyğun sayıla bilər. Diskontlaşdırılmış pul axını metodu həmçinin şirkətin dəyərinin hesablanması zamanı istifadə olunur.
Yerli Iqtisadi Inkisaf Mərkəzi